Liviya Milli Birlik Hökumətinin Neft və Təbii Qaz naziri Xəlifə Əbdüssadiq ilə Türkiyənin Liviyadakı səfiri Güvən Begiç arasında keçirilən görüş Yunanıstanı narahat edib.
Publika.az xəbər verir ki, Yunanıstanın "Pentapostagma" qəzeti bununla bağlı yazı dərc edib.
Məlumata görə, görüşdə neft, təbii qaz və enerji sektorlarında birgə əməkdaşlıq müzakirə olunub və iki ölkə arasında koordinasiyanın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Qəzet görüşü "Şərqi Aralıq dənizində yeni bir Türkiyə addımı" kimi xarakterizə edib. Yunan mətbuatına görə, türklər, amerikalılar və italyanlar Liviyada tam harmoniya içində hərəkət edirlər.
