Bakı. Trend:
Azərbaycan, Qazaxıstan və Özbəkistan öz enerji sistemlərinininteqrasiyası üzərində fəal iş aparırlar.
Trend xəbər verirki, bunu Azərbaycan Respublikasının Energetika Nazirliyi yanındaBərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru CavidAbdullayev Bakıda keçirilən 13-cü Beynəlxalq Xəzər Enerji Forumunda çıxışında bildirib.
“Qeyd olunan bütün ölkələr enerji sistemlərinin inteqrasiyasıüzərində fəal işləyirlər. Özbəkistan və Qazaxıstanda gərginliyintənzimlənməsi və tezliyin idarə olunması nəzərə alınmalıdır”, –deyə o bildirib.
Cavid Abdullayevin sözlərinə görə, Azərbaycan regionda enerjisistemlərinin inteqrasiyasını texniki və iqtisadi çağırışlarıaşmaqla davam etdirir.
“Bu, daha geniş diqqət və iştirak tələb edən iqtisadi şəraitdir.Layihənin böyük hissəsi layihə maliyyələşməsi hesabına həyatakeçirilir”, – deyə o əlavə edib.