Kütləvi informasiya vasitələrində “Lukoil”in Azərbaycandakı yanacaqdoldurma məntəqələrini satışa çıxarması ilə bağlı xəbərlər yayılıb. Sözügedən məsələ sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
“Yeni Sabah” mövzu ilə bağlı “Lukoil Azərbaycan”la əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, yayılan iddianın heç bir əsası yoxdur.
Qeyd edək ki, Rusiyanın “Lukoil” şirkəti Azərbaycanda 87 yanacaqdoldurma məntəqəsi və 1 neft bazası ilə fəaliyyət göstərir. Marqarita pizza
Nazim Hacıyev
Telegram kanalımız