Almaniya iqtisadiyyatı artıq rəqabət qabiliyyətli deyil.
AzPost bildirir ki, bu sözləri Almaniyanın İqtisadiyyat və energetika naziri Katerina Rayxe bildirib.
O, səbəb olaraq yüksək enerji qiymətlərini, yüksək vergiləri və həddindən artıq bürokratiyanı göstərib. “Bu, istehsalı daha bahalı edib. Hazırkı miqyasda iş yerləri və işçi qüvvəsi xərcləri üçün yük olan bir rifah dövləti qurulub”, – deyə Rayxe vurğulayıb.
Nazir bildirib ki, Almaniya texnoloji inkişafın sürəti qarşısında vaxt itirir.
Rayxeyə görə, liberal iqtisadi dünya nizamı keçmişdə qalıb və ən azından yaxın gələcəkdə geri qayıtmayacaq. O hesab edir ki, bugünkü qlobal iqtisadiyyat getdikcə fraqmental xarakter alıb və müəyyən bölgələrə yönəlib. Rayxe bu şəraitdə uğurlu siyasətin nümunəsi kimi Donald Trampın Asiyaya səfərlərini göstərib. Nazir deyib ki, Tramp orada hər bir ölkədən fərdi olaraq sistemli şəkildə investisiya cəlb edib.
Nazir Avropa İttifaqında fundamental islahatlara çağırıb. Onun fikrincə, Aİ tənzimləyici əyləc deyil, rəqabətin hərəkətverici qüvvəsinə çevrilmlidir. Onun fikrincə, alman şirkətləri Çindən birtərəfli asılılıqdan qaçmaq üçün təchizat zəncirlərini genişləndirməlidirlər.