Rusiya üçün ən önəmlisi Rusiya Prezidenti Vladimir Putinin açıqlamalarına diqqət yetirməkdir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib ki, bu, bizim üçün ən vacib şeydir.
Bu, onun ABŞ Prezidenti Donald Trampın Rusiyanın nüvə sualtı qayıqlarında üstünlüyü ilə bağlı bəyanatına cavabı olub.
Ağ Ev rəhbərinin sözlərinə görə, ABŞ silah istehsalının keyfiyyətinə və imkanlarına görə dünyada birinci yerdədir. O əlavə edib ki, bütün digər ölkələr Vaşinqtondan silah almaq istəyir.
Kreml sözçüsü əlavə edib ki, Rusiya tərəfi özünün hərbi tikintisi və hərbi sənaye kompleksinin inkişafı ilə məşğuldur.