AZ

Polşa qırıcıları Rusiya təyyarəsini yaxalayıb

Hurriyyet.az xəbər verir ki, "Rzeczpospolita" qəzetinin yazdığına görə, Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Baltik dənizi üzərində Rusiyaya məxsus İl-20 təyyarəsini yaxalaması barədə məlumat verib.

Açıqlamada deyilir: "28 oktyabr 2025-ci il tarixində Polşa Hərbi Hava Qüvvələrinin bir cüt MiQ-29 qırıcı təyyarəsi növbətçilik zamanı Polşanın Baltik dənizi üzərindəki məsuliyyət zonasına daxil olmuş bir təyyarəni uğurla yaxalayıb, vizual identifikasiya edib və müşayiət edib".

Polşa komandanlığı Rusiya təyyarəsinin beynəlxalq hava məkanında uçuş planı olmadan və transponderi söndürülmüş şəkildə kəşfiyyat missiyası həyata keçirirdiyini bildirib.

Hürr Tərcüman

Seçilən
55
hurriyyet.az

1Mənbələr