AZ

Azərbaycanda iqtisadi artım 2025–2027-ci illərdə 1.7% səviyyəsində qalacaq

BAKI, 29 oktaybr. TELEQRAF

Azərbaycanda iqtisadi artımın 2025–2027-ci illər arasında orta hesabla 1.7% səviyyəsində qalacağı proqnozlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycan üzrə ilk dövri Ölkə İqtisadi İcmalında qeyd edilib.

Məlumata görə, bu, neft qiymətlərinin azalması fonunda fiskal siyasətin sərtləşməsi ilə bağlıdır.

"İnflyasiyanın Mərkəzi Bankın hədəf diapazonunda qalacağı gözlənilir. Risklərə uzunmüddətli aşağı artım və enerji qiymətlərində daha kəskin azalma daxildir. Qısamüddətli risklərə qarşı ehtiyatlar kifayət qədər olsa da, uzunmüddətli dayanıqlılıq iqtisadiyyatın struktur islahatları vasitəsilə şaxələndirilməsi səylərinin uğuruna bağlı olacaq", - hesabatda vurğulanıb.

Seçilən
30
teleqraf.com

1Mənbələr