AZ

Azərbaycan Xəzər dənizini Avropaya birləşdirəcək interkonnektorun texniki-iqtisadi əsaslandırmasının ilin sonuna kimi yekunlaşacağını gözləyir - Cavid Abdullayev

Bakı. Trend:

Azərbaycan Xəzər dənizi, Gürcüstan, Rumıniya və Macarıstanıbirləşdirəcək böyük enerji interkonnektor layihəsinintexniki-iqtisadi əsaslandırmasının (TİƏ) bu ilin sonuna qədəryekunlaşacağını gözləyir.

Trend xəbər verirki, bunu Azərbaycan Respublikasının Energetika Nazirliyi yanındaBərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru CavidAbdullayev Bakıda keçirilən 13-cü Beynəlxalq Xəzər Enerji Forumunda çıxışında bildirib.

O qeyd edib ki, layihə “yaşıl enerji"nin inkişafında və regionalinteqrasiyada strateji istiqamət kimi önəm daşıyır və Azərbaycanınbərpa olunan elektrik enerjisinin Avropaya ixracı üçün əsasyaradır.

“Texniki-iqtisadi əsaslandırma son mərhələdədir və ilkinnəticələr bu layihənin həyata keçirilməsinə nikbin baxmağa imkanverir. Biz ilin sonunda növbəti mərhələyə keçidlə bağlı təklifləritəqdim etməyi planlaşdırırıq”,- deyə C.Abdullayev bildirib.

Seçilən
29
az.trend.az

1Mənbələr