AZ

“İsrail daha bir ölkəyə qarşı müharibəyə hazırlaşır” - İranlı ekspert

"Bütün kəşfiyyat məlumatları göstərir ki, İsrail ordusu böyük strateji dəyişiklik üçün Livana qarşı genişmiqyaslı müharibəyə hazırlaşır".

Missiya.Az xəbər verir ki, bu barədə iranlı ekspert Xəyal Müəzzin məlumat verib.

Onun sözlərinə görə, yüksək rütbəli İsrail zabitləri şimaldakı vəziyyəti qeyri-sabit adlandırır və Təl-Əvivin hərbi doktrina dəyişikliyini faktiki olaraq qəbul edərək, oyun qaydalarını dəyişdirmək üçün qabaqlayıcı zərbəyə hazırlaşırlar.

O bildirib ki, itkilərə baxmayaraq, Hizbullah döyüşçülərinin sayını təxminən 90 minə çatdırıb və Livanın cənubundan Bekaa vadisinə qədər geniş müdafiə sistemi qurub.

"Həmişə dediyim kimi, İsrailin Baş naziri Benyamin Netanyahu müharibəni yeganə çıxış yolu kimi görür. Əgər döyüşlər dayanarsa, İsrail daxili parçalanma və vətəndaş müharibəsi ilə üzləşəcək və bu, Netanyahunun sonu olacaq", - deyə ekspert vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
29
missiya.az

1Mənbələr