Bakı, 29 oktyabr, AZƏRTAC
Sovet rejiminin dağılmasından sonra Azərbaycanın Konstitusiyası qəbul olundu. Azərbaycanda etnik plüralizm və dini tərəqqi mövcuddur. Eyni zamanda, insanlar çiyin-çiyinə verərək ümumi gələcəyi bərpa etmək uğrunda mübarizə aparıblar. Burada demokratik baxışlar həqiqətən də yüksək səviyyədə idarə olunmaqdadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliya Deputatlar Palatasının üzvü Eucenio Zoffili Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
İtaliyanın 1997-ci ildə Azərbaycanda səfirliyini açdığını xatırladan E. Zoffili qeyd edib: “İtaliya ilə Azərbaycan arasında əlaqələr hər il konstruktiv dialoq əsasında inkişaf etməkdədir. Bu gün də münasibətlər qarşılıqlı hörmət əsasında güclənməkdədir. Əhəmiyyətli fakt odur ki, hər iki ölkənin parlament nümayəndələri vasitəsilə daimi əlaqələr qurulur. Bu da ölkələr arasında qarşılıqlı anlaşma çərçivəsində şəffaf münasibətlər prinsipinin güclənməsinə böyük yol açıb. Belə məqamlar onu göstərir ki, ölkələr arasındakı münasibətlər iqtisadi, siyasi, elmi, mədəni əsaslara söykənir”.