AZ

Azərbaycan regionun bərpa olunan enerji sahəsində liderinə çevrilməyə hazırdır - Masdar

Bakı. Trend:

Azərbaycanın regionda bərpa olunan enerji sahəsində ən qabaqcılölkəyə çevriləcəyinə ümid edirik.

Trend xəbər verirki, bunu “Masdar Azerbaijan” şirkətinin direktoru Murad SadıxovBakıda keçirilən 13-cü Beynəlxalq Xəzər Enerji Forumunda çıxışındadeyib.

Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji sahəsiningenişmiqyaslı inkişaf proqramının həyata keçirilməsi Dünya Bankınındəstəyi və dövlət büdcəsindən ayrılan əhəmiyyətli vəsait hesabınaaparılır.

Proqram çərçivəsində “Nəvai” yarımstansiyası, 500 kilovoltluqyarımstansiya və onlara qoşulan elektrik xətləri və bərpa olunanenerji stansiyalarını əhatə edən iri sistem qurulur.

M. Sadıxov vurğulayıb ki, tikintinin ilkin mərhələsində ikisigünəş, biri külək stansiyası olmaqla üç yeni stansiya inşa olunurvə hər biri şəbəkə analizi və enerji sisteminə təsirinqiymətləndirməsindən keçir. Bu, milli şəbəkəyə optimalinteqrasiyanı və onun sabitliyini təmin etməyə imkan verir.

“İlkin mərhələdə bütün işlər Energetika Nazirliyi və“Azərenerji” ilə məsləhətləşmələr əsasında aparılır ki, gələcəklayihələr, o cümlədən enerji saxlama qurğuları düzgün təşkiledilsin və şəbəkə sabit qalsın,” – deyə “Masdar Azerbaijan”ınrəhbəri bildirib.

Məqalədə:
Seçilən
28
1
az.trend.az

2Mənbələr