AZ

Cavid Abdullayev: Azərbaycanda enerji saxlanc sistemi qurulur

Bakı, 29 oktyabr, AZƏRTAC

“Caspian Energy Forumu” enerji məsələlərinin müzakirəsi üçün artıq dünyada səmərəli bir platformaya çevrilib. Burada keçirilən müzakirələr və verilən tövsiyələr enerji siyasətinin inkişafına təkan verir.

AZƏRTAC xəbər verir k, bu sözləri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 13-cü Beynəlxalq “Caspian Energy Forum”da çıxışı zamanı deyib.

O bildirib ki, yaşıl enerji istehsalını artırmaq Azərbaycanın eneji siyasətində prioritet istiqamətlərdən biridir.

“Bu sahə ilə bağlı həyata keçirdiyimiz işlərdə Bakıda keçirilən COP29-da qəbul olunan qərarları rəhbər tuturuq və alternativ enerjidən istifadəni artırırıq. Yaşıl enerji ixracı üçün hazırda 4 böyük interkonnektorun tikintisi istiqamətində işlər həyata keçirilir. Bunlardan biri Xəzər dənizindən Gürcüstan-Macarıstan, ikincisi Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin ixracı üçün Xəzər dənizinin dibi ilə keçən elektrik kabelinin çəkilişi, üçüncü Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan, dördüncüsü isə Naxçıvan-Türkiyə-Avropa yaşıl enerji dəhlizləridir. Asiya İnkişaf Bankı Mərkəzi Asiyadan Avropaya yaşıl enerji ixracı üçün Xəzərin dibi ilə kabel çəkilməsi layihəsinin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edib və yaxın gələcəkdə bu layihə rellaşacaq. Bunlarla yanaşı Azərbaycanda enerji saxlanc sistemi də qurulur. Dünyada qloballaşma prosesləri gedir və alternativ enerjidən daha çox istifadə qarşısıalınmaz bir prosesə çevrilib. Nə qədər ucuz və dayanıqlı enerji təminatı əldə etsək, istehsal olunan məhsullar da o qədər keyfiyyətli olar”, - deyə C. Abdullayev vurğulayıb.

 

Seçilən
32
azertag.az

1Mənbələr