Bakı. Trend:
Qarabağ suvarma kanalının yenidən qurulmasının texniki-iqtisadiəsaslandırılma və layihə-smeta sənədlərinin hazırlanması üzrəAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri ZaurMikayılovun müvafiq əmri ilə yaradılmış İşçi qrupunun onlaynformatda növbəti iclası keçirilib.
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti XidmətindənTrend-ə verilənməlumata əsasən, iclasda çıxış edən İşçi qrupun rəhbəri RafiqAslanov Qarabağ suvarma kanalının normal su sərfinin 113 m³/san-dən135 m³/san-dək artırılması, eləcə də torpaq məcralı kanalın betonüzlükdə yenidən qurulması ilə təqribən 300 milyon m³ su itkininazaldılması hesabına suvarılan əkin sahəsini 115 min hektardan 166min hektara qədər artırılacağını, eyni zamanda, kanalın 106-cıkm-dən sonra trassasının dəyişdirilməsi ilə Beyləqan və Ağcabədirayonlarının Yeni Xanqızı kanalından suvarılan təxminən 20 minhektar ərazilərinin də su təminatının yaxşılaşdırılmasına öztöhvəsini verəcəyini bildirib.
Daha sonra, ADSEA tabeliyində olan layihə institutu və layihəyəcəlb edilmiş PROYAPI və TEMELSU şirkətlərinin mütəxəssisləritərəfindən birgə hazırlanmış Qarabağ suvarma kanalının yenidənqurulmasının TİƏ və layihə sənədlərinin cari vəziyyəti barəsindətəqdimatı keçirilib.
Təqdimatda layihənin hazırkı vəziyyəti və həyata keçirilməsinəzərdə tutulan tədbirlər barəsində İşçi qrupunun üzvlərinə ətraflıməlumat verilib.
İclas zamanı, həmçinin, işçi qrupunda təmsil olan müvafiqmərkəzi icra hakimikyyəti orqanların, eləcə də kanalın keçdiyiinzibati ərazilərin şəhər və rayon icra hakimiyyətlərininnümayəndələri layihənin vaxtında və peşəkar formada hazırlandığınıbildirərək, fikir və təkliflərini səsləndiriliblər.
Sonda işçi qrupunun rəhbəri qeyd edib ki, Qarabağ suvarmakanalının layihə-smeta sənədlərinin hazırlanması 2026-cı ilinbirinci yarısında tamamlanacaq. Layihənin icrasına və tikintiişlərinə başlanılması nəticəsində kanalın xidmət göstərdiyiərazilərdə su təminatının yaxşılaşdırılması ilə yanaşı, ətrafərazilərin ekoloji və meliorativ vəziyyətinə də müsbət təsirgöstəriləcək.
Qeyd edək ki, Qarabağ suvarma kanalının yenidən qurulmasılayihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindənimzalanmış “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlıtədbirlər haqqında” 15 aprel 2024-cü il tarixli, 85 nömrəliSərəncam əsasında həyata keçirilir.