BAKI, 29 oktyabr. TELEQRAF
Azərbaycan bu gün Prezident İlham Əliyevin liderliyi ilə dünyada öz sözünü deyən dövlətə çevrilib.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti AktotıRaimkulovadeyib.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan konstitusiyası bütün ölkə ərazisində təmin edilib: “Qarabağ və Şərqi Zəngəzurda bu gün Azərbaycan konstitusiya quruluşu bərqərar olunub. Sözsüz ki, bu gün qarşılıqlı münasibətlər də ən yüksək səviyyədə təmin edilib. Azərbaycan özünün tarixi qələbəsindən sonra münasibətlərdə də yeni bir mərhələnin əsasını qoyub”.