ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Ermənistan Silahlı Qüvvələrinin generalları Baş nazir Nikol Paşinyanın hərbi xidmət müddətini iki ildən bir yarım ilə endirmək qərarına qarşı çıxıblar.
Bizimyol.info xəbər verir ki, bu barədə "Hraparak" qəzeti adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
"Əldə etdiyimiz məlumata görə, Baş Qərargah xidmət müddətinin bu qədər əhəmiyyətli dərəcədə azaldılmasının ordunun sayının azalmasına və nəticədə əlavə risklər yaradacağına inanaraq belə bir dəyişikliyə qarşıdır", - deyə qəzet yazır.
Eyni zamanda, qəzet bildirib ki, Paşinyanın Mülki Müqavilə partiyası qanun layihəsinin qəbulunu sürətləndirmək istəyir. Baş nazir qərarı 21 oktyabrda elan edərək əlavə edib ki, bu qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Paşinyanın qeyd edtdiyi kimi, bundan əvvəl hərbi xidmətin azaldılması yay aylarında planlaşdırılırdı.
Əvvəllər Nikol Paşinyan Ermənistanın "sülh" termininin mənası ilə tanış olmadığını bildirmişdi. O, əlavə edib ki, respublika bütün müstəqillik dövründə münaqişə vəziyyətində yaşayıb.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.