Oxu.az saytına istinadən ain.az xəbər verir.
"Azərbaycan və Pakistan hər zaman bir-birinə dəstək verib. Rəsmi Bakı Kəşmir məsələsində hər zaman Pakistanın mövqeyini dəstəkləyib".
Oxu.Az xəbər verir ki, bunu Pakistan Milli Assambleyanın üzvü Sofiya Said Şah Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Pakistanla Azərbaycan arasında münasibətlər parlamentlər səviyyəsində də inkişaf edir:
"İslamabadda keçirilən Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin görüşü bunun bariz nümunəsidir. Bu, əlaqələrin inkişaf etməsində mühüm rol oynayır. Pakistan xalqı Azərbaycanı konstitusiyasının qəbul edilməsinin 30 ili münasibəti ilə təbrik edir. Müstəqillikdən sonra qısa zamanda uğurlar əldə etmək olduqca önəmlidir".
Mərahim Nəsib
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.