AZ

Direktor: Bərpa olunan mənbələr enerji sistemini qeyri-stabil vəziyyətə gətirə bilər

Müvafiq tədbirlərin həyata keçirilmədiyi təqdirdə bərpa olunan enerji mənbələrinin tətbiqi ümumi enerji sisteminin qeyri-stabil vəziyyətə gəlməsinə səbəb ola bilər.

"APA-Economics" xəbər verir ki, bunu 13-cü Beynəlxalq Caspian Energy Forumunda “Masdar Azərbaycan” MMC-nin direktoru Murad Sadıqov bildirib.

Onun sözlərinə görə, qeyd olunan vəziyyətlə üzləşməmək üçün enerji saxlama sistemlərinin quraşdırılması mütləqdir.

Murad Sadıqov onu da qeyd edib ki, hazırda şirkət üç bərpa olunan enerji üzrə stansiyanın tikintisi istiqamətində işlər aparır (iki günəş və bir külək stansiyası) və hər üç stansiya üçün ümumi elektrik enerjisi şəbəkəsinə təsir hesabatı hazırlanır. Bu çərçivədə, şəbəkə modeli əsasında müxtəlif ssenarilər işlənilir.

"Şəbəkənin dayanıqlığını təmin etmək şərti ilə, bu stansiyaların ən optimal şəkildə inteqrasiyası nəzərdə tutulur", - Murad Sadıqov qeyd edib.

Seçilən
46
2
apa.az

3Mənbələr