Rusiyanın Kemerovo vilayətində 25 oktyabr 2025-ci il tarixində hərbi cinayətkar, Rusiya OMON-un podpolkovniki Veniamin Mazjerin məhv edilib.
O, sükan arxasında olarkən avtomobil partladılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.
Mənbə xatırladır ki, Mazjerin 2022-ci ilin fevral-mart aylarında Kiyev vilayətində Rusiya tərəfindən törədilən hərbi cinayətlərdə iştirak edib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məxfi əməliyyatın nəticəsi olaraq cinayətkarın məhv edildiyini açıqlayıb.


Bizim.Media