ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Ukrayna yönümlü "Krımski veter” ("Krım küləyi”) Telegram kanalı bu səhər Simferopoldan çəkilmiş fotolar yayıb. Şəkillərdə şəhərin üzərində böyük qara tüstü sütunu görünür. Kanal qeyd edir ki, yanğın baş verən obyektə ötən gün ərzində maskalanmış hərbi yanacaq maşınları tez-tez girib-çıxırdı – bu da həmin bazanın pilotsuz hücumlardan qorunması üçün istifadə olunduğunu göstərir.
Qaynarinfo bu barədə "Gordonua.com”a istinadla xəbər verir.
Krımlı jurnalistlərin məlumatına görə, bu neft bazası Rusiya işğalçı ordusunun təchizatında fəal rol oynayır.
Bundan başqa, Qvardeyskoye qəsəbəsində yerləşən ATAN neft bazasında da yanğın baş verib – kanal bu hadisənin görüntülərini və obyektin geolokasiyasını da paylaşıb.
Eyni gecə Stavropol diyarının Budyonnovsk şəhərində, "Lukoil” şirkətinə məxsus "Stavrolen” zavodu da pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Astra nəşrinin məlumatına görə, zavod ildə təxminən 340 min ton etilen, 319 min ton polietilen və 113 min ton polipropilen istehsal edir. Bu məhsullar boru, plyonka, kabel izolyasiyası və boya materiallarının istehsalında istifadə olunur.
Astra Budyonnovskdakı partlayışın və yanğının videolarını yerli sakinlərin şərhləri ilə yayıb.
Bir sakin videoda belə deyir:
"Bax, zavodu partlatdılar! Yenə uçurlar! İndi daha da güclü olacaq… Zavod alışdı!”
Qeyd edək ki, Ukrayna son aylarda mütəmadi olaraq işğal altındakı Krımda və Rusiyanın daxilindəki hərbi və enerji infrastrukturuna pilotsuz zərbələr endirir. Hədəflər arasında əsasən neft emalı zavodları, yanacaq bazaları, qaz terminalları və hərbi aerodromlar yer alır.
Alpər
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.