FİFA Türkiyənin "Antalyaspor" klubunu cəzalandırıb.
QOL.az xəbər verir ki, buna səbəb olaraq klubun sabiq futbolçusu Samuel Etoonun menecerinə ödəməli olduğu vəsaiti ödəməməsidir.
Nəticədə "Antalyaspor" transfer cəzası alıb. Superliqa təmsilçisi qarşıdakı 3 transfer pəncərəsində heyətini gücləndirə bilməyəcək.
Qeyd edək ki, Samuel Etoo 2015-2018-ci illərdə "Antalyaspor"da oynayıb.