AZ

İtaliyalı deputat: Ermənistan-Azərbaycan münasibətlərini dəstəkləyirik

İtaliya Ermənistan və Azərbaycan arasındakı müsbət münasibətləri dəstəkləyir. Bunu İtaliya Deputatlar Palatasının üzvü Eugenio Zoffili "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunan konfransda bildirib.

“Çoxtərəflilik sahəsində yaranan əməkdaşlıq prosesləri daha da genişlənir. Biz Azərbaycanda seçki prosesində iştirak etmişik və müşahidələr aparmışıq,” – Zoffili qeyd edib.

O əlavə edib ki, İtaliya Azərbaycan universitetində 600 tələbə təhsil alır və bu universitet ölkə üçün vacib təhsil mərkəzidir.


Gülnar Nazimqızı 

Seçilən
11
anews.az

1Mənbələr