ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pandemiyadan sonra fövqəladə hallar üçün səhiyyə prioritet oldu
Adil Qeybulla: “Yeni təlimat Azərbaycanda sağlamlıq böhranlarına hazırlığın yol xəritəsidir”
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrin sağlamlıqla bağlı fövqəladə hallarına daha effektiv cavab verməsi üçün yeni bələdçi sənəd – “Milli Sağlamlıq Fövqəladə Hallarının Koordinasiyası üzrə Təlimat”ı təqdim edib.
Yeni təlimat iqlim dəyişiklikləri, urbanizasiya, müharibələr və sürətli qlobal hərəkətlilik kimi amillərin yaratdığı sağlamlıq böhranlarına hazırlığı gücləndirməyi hədəfləyir. ÜST-nin məlumatına görə, sənədin əsas məqsədi dövlət qurumları, səhiyyə strukturları və yerli icmalar arasında koordinasiyanı yaxşılaşdırmaqdır.
Təlimatda fövqəladə halın bütün mərhələləri – aşkarlama, məlumatlandırma, risk qiymətləndirilməsi, icra və monitorinq – sistemli şəkildə təsvir olunub. Burada “7-1-7” prinsipi də vurğulanır: xəstəliyin 7 gün ərzində aşkarlanması, 1 gün ərzində bildirişi və 7 gün ərzində ilkin cavabın həyata keçirilməsi.
ÜST bildirir ki, bu təlimat ölkələrə istənilən miqyasda sağlamlıq təhdidlərinə daha operativ və koordinasiyalı reaksiya vermə imkanı yaradacaq.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi yeni “Milli Sağlamlıq Fövqəladə Hallarının Koordinasiyası üzrə Təlimat” sənədi qlobal miqyasda olduğu kimi, Azərbaycan üçün də aktual və əhəmiyyətlidir. Son illər iqlim dəyişiklikləri, urbanizasiya proseslərinin sürətlənməsi, əhalinin miqrasiyası və regionda baş verən münaqişələr kimi amillər ölkəmizdə də sağlamlıq təhlükələrinin operativ idarə edilməsini zəruri edib.
Azərbaycan artıq bir neçə beynəlxalq səhiyyə təşəbbüslərinə qoşulub və ÜST-nin bu yeni bələdçisi həmin istiqamətdə görülən işləri sistemləşdirmək baxımından mühüm rol oynayacaq.
Professor Adil Qeybulla Sherg.az-a açıqlamasında bildirib ki, ÜST-nin yeni təlimatının yerli səhiyyə sisteminə inteqrasiyası gələcəkdə hər hansı epidemiya və ya fövqəladə hal zamanı itkilərin minimuma endirilməsinə şərait yaradacaq: