Ardıcıl 7 oyundur heyətə alınmayan Mahir Emreli qalmaqallı bir hərəkətə imza atıb.

Offsideplus.az xəbər verir ki, o, komandası "Kayzerslautern"in qapısına vurulan qolu bəyənib.

"Kayzerslautern" Bundesliqa 2-nin son turunda Mahirin sabiq komandası "Nürnberq"lə qarşılaşıb.

Görüş "qırmızı şeytanlar"ın üstünlüyü ilə davam edərkən oyunun son dəqiqələrində Robin Knoxe penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.

Knoxe bu qolu öz instaqram hesabında paylaşıb. Mahir də bu paylaşımı bəyənib.

Həmin paylaşımı sizə təqdim edirik: