AZ

Tramp: "Qarabağ münaqişəsi 38 il davam etdi... Putin zəng edib dedi ki, biz bacarmadıq, sən bacardın"

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Qarabağ münaqişəsini məhz özünün dayandırdığını bəyan edib. 

Tramp deyib: "Bu, mənə qeyri-adi məmnunluq hissi verir. Bu səylər sayəsində milyonlarla insanın həyatını xilas etdik. Məsələn, Azərbaycan məsələsini götürək. Münaqişə, deyəsən, 38 il davam etdi. Prezident Putin mənə zəng edib dedi: "Bu, heyrətamizdir. Sadəcə, inanılmazdır. Biz bu müharibəni uzun illər dayandıra bilmədik, milyonlarla insan öldü". Amma biz bunu edə bildik. 

İki ölkənin nümayəndələri Ağ Evə gəldilər. Əvvəlcə məsafə saxladılar, amma tədricən bir-birlərinə daha da yaxınlaşdılar. Bir saat ərzində sülh əlaməti olaraq bir-birlərini qucaqladılar. Bu, həqiqətən də heyrətamiz idi".

Hürr Tərcüman

 

Seçilən
12
1
hurriyyet.az

2Mənbələr