AZ

Sofiya Said Şah: Müstəqillikdən sonra qısa zamanda uğura çatmaqda konstitusiyanın qəbul edilməsi olduqca önəmlidir

BAKI, 29 oktyabr. TELEQRAF

Azərbaycan və Pakitsan hər zaman bir-birinə dəstək verib. Rəsmi Bakı Kəşmir məsələsində hər zaman Pakistanın mövqeyinə birmənalı mövqeyini ifadə edib.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında Pakistan Milli Assambleyanınüzvü Sofiya Said Şah deyib.

O qeyd edib ki, Pakistan Azərbaycan arasında münasibətlər parlamentlər səviyyəsində inkişaf edir: “İslamabadda keçirilən Azərbaycan, Türkiyə Pakistan parlament sədrlərinin görüşü bunun bariz nümunəsidir. Bu əlaqələrin yeni səviyyələrə gəlib çıxmasında mühüm rola oynayır. Pakistan xalqı Azərbaycanı öz konstitusiyasının qəbul edilməsinin 30 ili münasibəti ilə təbrik edir. Müstəqillikdən sonra qısa zamanda uğura çatmaqda konstitusiyanın qəbul edilməsi olduqca önəmlidir. Pakistan konstituyası da islam və demokratiya prinsiplərini özündə əks etdirir”.

Seçilən
47
teleqraf.com

1Mənbələr