AZ

"Qarabağ qələbəsi Türk dünyası üçün böyük qürur mənbəyidir"

Konstitusiyanın qəbul edilməsi və onun qərarlarının qorunması olduqca önəmlidir.

Ölkə.az
xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında Belarus Milli Assambleya Respublika Şurasının sədr müavini Vladislav Tatarinoviç deyib.

O qeyd edib ki, Belarusda bu gün milli hüquq sistemi təmin edlib: “Milli özünəməxsusluq qorunub. Əsas qanunlarda unikal Belarus modeli kimi seçilib. Çünki konstitusiya xalqın və dövlətin yaradıcılığını təmin edən əsas sənəddir. Bu Azərbaycanda da yüksək səviyyədə təmin edilir. Azərbaycanla Belarus arasında əməkdaşlıq hazırda uğurla inkişaf edir”.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) büro üzvü Hasan Turan isə deyib ki, 30 il əvvəl qəbul edilmiş bu Konstitusiya Azərbaycan xalqının əsrlərdir davam edən dövlətçilik ənənəsinin ən gözəl ifadəsidir: "Ali Baş Komandan İlham Əliyevin qüdrətli iradəsi ilə azad edilmiş torpaqlarda dalğalanan Azərbaycan bayrağı ədalətin və dirçəlişin rəmzinə çevrilib.

44 günlük Vətən müharibəsinin sonunda əldə edilən Qarabağ qələbəsi həm də Türk dünyası üçün böyük qürur mənbəyidir. Qarabağın uzunmüddətli işğalına qarşı dik durmağı bacaran Azərbaycan haqlı mübarizəsini həm meydanda, həm də danışıqlar masasında qələbə ilə taclandıra bilib. Ermənistanla sülh prosesində əldə edilən müsbət irəliləyişləri alqışlayır, atılan addımlara görə Azərbaycanı bir daha təbrik edirik".

Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Şamil Ayrım çıxışı zamanı söyləyib ki, 12 noyabr 1995-ci il Azərbaycan xalqının tarixində yeni bir dönəm başlayıb: "Bununla da müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilib. Bu əsas qanunun müəllifi isə Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev olub".

O qeyd edib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin Liderliyi ilə öz regionunda sülhün əsas simvoluna çevrilib: “Konstitusiyanın hər bir maddəsi ədalətə inamı ifadə edir. Bu gün Azərbaycan Qarabağ qələbəsi ilə qürurla yaşayır. Azərbaycan xalqı bu gün tarixi qələbəsi ilə suverenliyinin də təmin edilməsinin zəfəri qeyd edir. 30 il öncə qəbul edilmiş Azərbaycan Konstitusiyası bu günün və gələcəyin təminatçısıdır. Çünki Konstitusiyanın ildönümü bizə əslində ədalətlə yaşamağı təlqin edir. Sözsüz ki, Azərbaycan-Türkiyə münasibətləri birliyin, qardaşlığın təcəssümüdür”.

Mürtəza

Seçilən
36
3
olke.az

4Mənbələr