AZ

Astarada 17 yaşlı gəlin öz toyunda öldü: Yeddi aylıq hamilə imiş - TƏFƏRRÜAT

Astarada 17 yaşlı gəlin öz toyunda öldü: Yeddi aylıq hamilə imiş - TƏFƏRRÜATAstarada 17 yaşlı qadın toy gecəsi ölümünün təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Deqədi kəndi ərazisində "Ata Yurdu" şadlıq sarayındakı toy mərasimində baş verib.

Toy mərasimi olan cütlük isə Astara rayonunun Dolu kənd sakinləridir.

Kənd sakini, 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanova kənd sakini olsa da, 9-cu sinif buraxılış imtahanından kəsildiyi üçün Bakının Zirə qəsəbəsinə köçüb və orada istixanalarda fəhlə işləməyə başlayıb.

O, həmin vaxt həmkəndlisi olan oğlanla münasibət qurub və sevgili olublar. Bir müddət sevgili olan oğlanla qız öz razılıqları ilə cinsi əlaqədə olub. Amma onların ailəsi bu hadisədən bir ay öncə xəbər tutub. Məlum olub ki, qız artıq hamilədir.

Bundan sonra ailələr təcili toy etmək, cütlüyü evləndirmək qərarı veriblər və onlar dərhal Dolu kəndinə qayıdaraq, toya hazırlaşıblar.

Oktyabrın 28-də rayonun Deqədi kəndindəki "Ata Yurdu" şadlıq sarayında toy məclisi başlayıb. Mərasim başlayandan 1 saat sonra gəlinin halı qəfil pisləşib və o, təcili Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı məlum olub ki, qadın 7 aylıq hamilədir. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın xəstəxanada dünyasını dəyişib.

11:04

Astarada dünən toyu olan şəxs bu gün dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İmanovanın dünən Deqədi kəndində şadlıq saraylarından birində toyu olub.

Toydan sonra Ə.İmanova özünü pis hiss edib və Astara Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
27
5
sonxeber.az

8Mənbələr