ain.az bildirir, Oxu.az portalına istinadən.
Vyetnamda rekord miqdarda düşən yağışların səbəb olduğu daşqınlar nəticəsində azı doqquz nəfər ölüb, beş nəfər itkin düşüb.
Oxu.Az rbc.ru-ya istinadən xəbər verir ki, əsasən Hyue və Hoyan turizm bölgələrində 103 mindən çox ev su altında qalıb.
Bir neçə bölgədə torpaq sürüşməsi baş verib, paytaxt Hanoyla Hoşimin şəhəri arasında qatarların hərəkəti dayandırılıb.
Proqnozlara görə, növbəti iki gün ərzində Vyetnamın mərkəzində leysan xarakterli yağışların olacağı gözlənilir.
Vyetnamda daşqınlar: Azı doqquz nəfər ölüb, 100 min ev su altında qalıb
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.