AZ

Əbdulhakim Eşmuratov: Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli əlaqələr mövcuddur

BAKI, 29 oktyabr. TELEQRAF

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar əldə edir.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında Özbəkistan Ali Məclis Senatının Məhkəmə-Hüquq məsələləri və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri ƏbdulhakimEşmuratov deyib.

O qeyd edib ki, Azərbaycanda konstitusiya əsasında görülən işlər böyük qürurun nümunəsidir: “Sözsüz ki, bizi tarixi və sarsılmaz dəyərlər bağlayır. Azərbaycan və Özbəkistan Prezidentləri arasında olan yüksək səviyyəli əlaqələr münaisbətlərin inkişafına mühüm töhfə vermiş olur. Həmçinin ölkələrimiz arasında Türk Dövlətləri Təşkilatı səviyyəsində vacib dialoq mövcuddur. Qanunvericlik və parlament səviyyəsində iki ölkə arasında səmərəli əməkdşalıqəlaqələr qurulub. Bu xüsusda parlamentlər arasında vacib əlaqələr inkişaf edir”.

Seçilən
39
teleqraf.com

1Mənbələr