AZ

Tramp: “ABŞ iqtisadiyyatı inqilab mərhələsindədir”

ABŞ prezidenti Donald Tramp ölkə iqtisadiyyatında “inqilab” baş verdiyini bəyan edib.

Editor.az xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ iqtisadiyyatı ÜDM-in 3,8 faiz səviyyəsində artım tempi ilə böyüyür ki, bu da ekspertlərin proqnozlaşdırdığından 3-4 dəfə yüksəkdir.

Tramp bu fikirləri Cənubi Koreyanın Gyeongju şəhərində keçirilən APEC sammiti zamanı səsləndirib.

“Biz iqtisadi inqilab yaşayırıq. ÜDM-in artımı 3,8 faizə çatıb və bu göstərici bir çoxlarının gözlədiyindən üç, hətta dörd dəfə daha sürətlidir”, – deyə ABŞ prezidenti bildirib.

// Gülnarə Abasova, Editor.az

Seçilən
12
editor.az

1Mənbələr