AZ

Tramp və Si Cinpin bu tarixdəGÖRÜŞƏCƏK

Çinin Xarici İşlər Nazirliyi (XİN) ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpinin 30 oktyabrda Cənubi Koreyanın Pusan şəhərində görüşəcəyini açıqlayıb. 

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Nazirliyin məlumatına görə, görüş zamanı liderlər Çin-ABŞ münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcək və hər iki tərəfin ortaq maraqlarına aid məsələlərə toxunacaqlar.

Ağ Evin mətbuat katibi Kerolayn Levitt də Trampın 30 oktyabrda Si Cinpinlə danışıqlar aparacağını təsdiqləyib.

ABŞ prezidentinin sözlərinə görə, görüş zamanı əsas müzakirə mövzularından biri Çinin Rusiya neftinin alışını azaltması məsələsi olacaq. Tramp həmçinin Ukraynadakı vəziyyətin tənzimlənməsi ilə bağlı mövzunun da gündəmdə olacağını bildirib.

Nuriyyə NATİQQIZI

Seçilən
75
1
redaktor.az

2Mənbələr