AZ

ABŞ Senatı Braziliyadan idxal mallarına tətbiq olunan tarifləri bloklayıb

Beş respublikaçı senator demokratlara qoşularaq Trampın qərarına qarşı çıxıb...

Poliqon xəbər verir ki, ABŞ Senatı prezident Donald Trampın Braziliyadan idxal olunan mallara 50 faiz rüsum tətbiq edən fövqəladə qərarını bloklayan qətnaməni qəbul edib. NBC News-un məlumatına görə, bu qərar milyardlarla dollar dəyərində Braziliya məhsullarına qoyulan tarifləri dayandırmaq məqsədi daşıyır.

Qətnamə 52 səs lehinə, 48 səs əleyhinə olmaqla qəbul edilib. Respublikaçılardan Şimali Karolinadan Tom Tillis, Kentukkidən Rənd Pol, Alyaskadan Liza Murkovski, Meyndan Syuzan Kollinz və yenə Kentukkidən Senatın azlıq lideri Mitç Makkonnell Demokrat Partiyasının 47 senatoruna qoşularaq sənədin lehinə səs veriblər.

Sənatın bu addımı iki partiyanın dəstəyini alsa da, onun təsiri əsasən simvolik xarakter daşıyır. Ekspertlərin fikrincə, Nümayəndələr Palatasının yaxın vaxtlarda bu qətnaməni gündəliyinə salması, yaxud ümumiyyətlə müzakirə etməsi gözlənilmir.

Xatırladaq ki, ötən ay Nümayəndələr Palatası Trampın tarif siyasətinə qarşı səsverməni gələn ilə qədər bloklayan ayrıca tədbir qəbul etmişdi. Bununla da Senatın bugünkü qərarı siyasi jest kimi qiymətləndirilir və Tramp administrasiyasının iqtisadi siyasətinə qarşı narazılığın artdığını göstərir.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr