AZ

Rusiyaya hücum: Neft emalı zavodları vuruldu - Video

Oktyabrın 28-dən 29-na keçən gecə Rusiyanın neft emalı zavodlarına kütləvi hücumlar edilib.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Ulyanovsk vilayətindəki “NS-Oil”, Mari El Respublikasındakı “Mariysk” neft emalı zavodları və Stavropol diyarındakı “Stavrolen” kimya müəssisəsi hücumlara məruz qalıb.

Bundan başqa, Krımda iki neft bazasına da zərbələr endirilib. Bildirilib ki, Simferopolda PUA-nın yanacaq və sürtkü yağları olan çənləri vurmasından sonra yanğın başlayıb.

Qvardeyskdəki neft bazası da oktyabrın 17-dən bəri ikinci dəfə hücuma məruz qalıb. /axar.az/

Seçilən
13
turkustan.az

1Mənbələr