AZ

Zaqatalada 41 yaşlı kişini döyüb öldürməkdə təqsirləndirilən şəxslərdən biri saxlanıldı

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Zaqatala sakinini döyüb öldürməkdə təqsirləndirilən şəxslərdən biri saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Zaqatala rayon sakini, 41 yaşlı İsgəndər Musayevi döyərək onun ölümünə səbəb olan şəxslərdən biri, 36 yaşlı Rasim Abbasov saxlanılıb.

Digər şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xatırladaq ki, Zaqatalada bir həftə əvvəl tanışları tərəfindən ölümcül döyülən İ.Musayev dünən xəstəxanada ölüb. İ.Musayevin döyülərək komaya düşməsinə dözməyən atası Yusif Musayev isə bir neçə gün öncə ürək çatışmazlığından vəfat etmişdi.

Samir Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
3
oxu.az

4Mənbələr