AZ

Türkiyə ordusu “Altay” tankları ilə silahlanır

AzVision.az bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusuna döyüş maşınlarının təhvil verilməsi və Ankarada yeni nəsil tank və Hərbi Dəniz Donanmasının zirehli texnika istehsalı zavodunun açılışı mərasimində belə məlumat açıqlayıb.

“Tanklar orduya təhvil verilməzdən əvvəl 35 minkilometrlik sınaq proqramından keçib və 3700 canlı atəş sınağı keçirib. “Altay” tankı müasir döyüşlərə və ən çətin şərtlərə maksimum uyğunlaşmaq üçün ən son sistemlərlə təchiz olunub”, - Türkiyə lideri vurğulayıb.

Ərdoğan həmçinin 63 min kvadratmetrlik sahədə aysa səkkiz “Altay” tankı və 10 “Altuğ” zirehli personal daşıyıcısı istehsal edəcək kütləvi istehsal xəttinin də işə salındığını diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
25
1
azvision.az

2Mənbələr