Rusiyada inşası davam edən PV300VD layihəli dördmərtəbəli “Vladimir Jirinovski” kruiz layneri Baltik Gəmiqayırma Zavoduna quraşdırma işlərinə başlamaq üçün 29 oktyabr gecəsi Sankt-Peterburqa çatıb.
Musavat.com xəbər verir ki, laynerin inşası təxminən 10 il ərzində Həştərxan vilayətindəki gəmiqayırma zavodunda həyata keçirilib.
Yeni kruiz layneri təkcə Volqa boyunca deyil, həm də Xəzər, Azov və Qara dənizlərində fəaliyyət göstərəcək. Laynerin gediş marşrutu arasında Aktau, Türkmənbaşı, Bakı və Mahaçqala da var.
Gəminin sərnişin tutumu isə 310 nəfərdir.
Laynerin gələn il, Rusiya Liberal Demokrat Partiyasının qurucusu Vladimir Jirinovskinin 80 illik yubileyi münasibətilə suyə salınması planlaşdırılır.
PV300VD konsepsiyası “üzən otel” tərzində dizayn edilib.
Musavat.com