AZ

Çin Tramp və Si Cinpin arasında görüş keçiriləcəyini açıqlayıb

Çin prezidenti Si Cinpin və ABŞ-ın keçmiş prezidenti Donald Tramp oktyabrın 30-da Cənubi Koreyanın Busan şəhərində görüşəcəklər.

Editor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, görüş zamanı tərəflər Çin-ABŞ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edəcək, eləcə də hər iki ölkənin ümumi maraqlarına toxunan məsələlər gündəmə gətiriləcək.

Ağ Evin mətbuat katibi Karolin Levit də Trampın oktyabrın 30-da Si Cinpinlə görüşəcəyini təsdiqləyib. Onun sözlərinə görə, ABŞ prezidenti görüş zamanı Çinin Rusiya neftinin alınmasını azaltması məsələsini müzakirə etməyi planlaşdırır.

Tramp həmçinin bildirib ki, danışıqlar zamanı Ukraynadakı vəziyyətin həlli istiqamətində mümkün addımlar da nəzərdən keçiriləcək.

ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker isə oktyabrın 27-də verdiyi açıqlamada qeyd edib ki, Tramp görüş zamanı Çin prezidentindən Rusiyaya təzyiqlərin artırılmasını xahiş edə bilər.

// Gülnarə Abasova, Editor.az

Seçilən
55
editor.az

1Mənbələr