Bu gün “Qurtuluş” Reablitasiya Mərkəzində müalicəsi davam edən, aparıcı Nəsimi Nəbizadənin doğum günüdür.
Mərkəzin rəhbəri Ceyhun Salmanovun “Yeni Sabah”a verdiyi məlumata görə, aparıcının doğum günü mərkəz daxilində qeyd olunacaq:
“Nəsiminin doğum gününü birlikdə qeyd edəcəyik. Məclisimiz axşam saat 19:00-da başlayacaq. Aparıcının sinif yoldaşları da bizə qoşulacaq. Nəsiminin bu barədə məlumatı yoxdur. Sürpriz etməyi düşünürük. Məclis də mərkəzimizin digər filialında təşkil olunacaq və hər şey hazır olduqdan sonra səbəbkarı oraya aparacağıq”. pizza hut
Xatırladaq ki, sentyabrın 1-də Nəsimi Nəbizadə “Qurtuluş” Reabilitasiya Mərkəzinə yerləşdirilib. O, narkotik asılılığından əziyyət çəkir və hazırda “kakos” və “patı” (“metamfetamin”) asılılığına qarşı müalicə alır.
Aydan Hacı
Telegram kanalımız