AZ

Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının Tədbirlər Planı təqdim edildi

BAKI, 29 oktyabr. TELEQRAF

“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı layihəsinin yekun variantı təqdim edilib.

Energetika Nazirliyindən Teleqraf-a verilən məlumata görə, təqdimat layihənin hazırlanması məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” üzrə Alt İşçi qrupun 4-cü iclasında reallaşıb.

İclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli Sərəncamı ilə yaradılmış “Yaşıl enerji məkanı” Alt İşçi qrupunun ötən dövr ərzində fəaliyyətindən bəhs edib.

Bildirilib ki, bu müddətdə Alt İşçi qrupun 3 iclası, mütəxəssislərindən ibarət Ekspertlər qrupunun isə 5 iclası keçirilib. İntensiv görüşlər nəticəsində Strategiyanın Tədbirlər Planı layihəsinin hazırlanması, hədəf indikatorları, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və maliyyələşmə məsələləri müzakirə edilib. Bu müzakirələr Tədbirlər Planı layihəsinin yekunlaşdırılmasına öz töhfəsini verib.

Qeyd olunub ki, "Yaşıl eneri" məkanı məqsədi üzrə 5 əsas hədəf indikatoru, 7 fəaliyyət istiqaməti, 45 tədbir və 17 icraçı qurum müəyyən olunub. Hər bir fəaliyyət istiqaməti üzrə nəzərdə tutulan tədbirlər, icraçı qurumlar və icra müddəti barədə məlumat verilib, tədbirlərin icrası üzrə maliyyələşmə mənbələri ilə bağlı fikir mübadiləsi aparılıb. Rəylər nəzərə alınmaqla Tədbirlər Planı layihəsi məqbul hesab edilib və yekun layihənin tezliklə aidiyyəti üzrə təqdim edilməsi qərara alınıb.

Seçilən
14
teleqraf.com

1Mənbələr