AZ

Amerika səfiri ABŞ ın Sakit Okeanda apardığı hücumlarla əlaqədar XİN ə çağırılıb

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Meksikanın Xarici İşlər Nazirliyi (XİN), ABŞ-ın Sakit Okeanda narkotik tacirlərinin olduğu iddia edilən qayıqlara hücumları ilə əlaqədar olaraq Birləşmiş Ştatların bu ölkədəki səfiri Ronald Cansonu nazirliyə çağırıb.

Bizimyol.infou barədə Meksikanın xarici siyasət idarəsi öz sosial şəbəkə hesabında məlumat yayıb.

Xarici işlər naziri Xuan Ramona de la Fuenta və Dəniz Qüvvələri naziri Raymundo Morales Anxelisin ABŞ səfiri Ronald Canson ilə apardığı görüşün, prezident Klaudiya Şeynbaumnun tapşırığı ilə həyata keçirildiyi qeyd edilib. Görüşün məqsədi Meksika ilə ABŞ arasında dəniz sahəsində ikitərəfli əlaqələri möhkəmləndirmək olub.

Nazirlik, görüşün "qarşılıqlı anlaşma mühiti"ndə keçdiyini və tərəflərin əsas prioritetlərinin "dənizdə insan həyatını xilas etmək və suverenliyə tam hörmət" olduğunu vurğulayıb.

Əvvəlcə, ABŞ Müdafiə naziri Pit Heqset ABŞ-ın Sakit Okeanda narkotik kartellərinə məxsus üç gəminə zərbə endirdiyini və 14 nəfərin öldürüldüyünü açıqlayıb. O, eyni zamanda "narkoteroristləri" hədəf alaraq, ABŞ-ın təhlükəsizliyini qorumağa davam edəcəklərini bildirib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
bizimyol.info

1Mənbələr