BAKI, 29 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp yenidən Vaşinqtonda Azərbaycan və Ermənistan arasında onun vasitəçiliyi ilə imzalanmış razılaşma barədə danışıb.
Teleqraf xəbər verir ki, o, bu barədə Cənubi Koreyada jurnalistlərə bildirib.
“Onlar arasındakı münaqişə 38 il davam edib. Hətta Putin də heyranlığını ifadə etdi, söylədi ki, bu münaqişəni həll edə bilmirdilər. Ağ Evdə onlar (Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan) bir-birindən uzaq oturmuşdular, amma görüş zamanı tədricən bir-birlərinə yaxınlaşdılar və hətta səmimi görüşdülər”, - Tramp qeyd edib.