AZ

Hasan Turan: 44 günlük Qarabağ qələbəsi türk dünyasının zəfəri idi

BAKI, 29 oktyabr. TELEQRAF

Azərbaycan xalqını Konstitusiyasının qəbul edilməsinin növbəti il dönümü münasibəti ilə təbrik edirəm.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Bürosunun üzvü Hasan Turan deyib.

Büro üzvü çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, TBMM-nin sədrinin ən səmimi salamlarını və təbriklərini çatdırıb: “44 günlük Qarabağ qələbəsi türk dünyasının zəfəri idi. Azərbaycan uzun on illiklər bu zəfər üçün böyük yol qət edib. Hazırda sülh istiqamətində mühüm addımlar atılır. Bundan sonra da biz qardaş Azərbaycana verdiyimiz güclü dəstəyi davam etdirəcəyik. Bu gün iki dövlət bir millət anlayışı hər gün daha da dərinləşir. Türk Dövlətləri Təşkilatı çərçivəsində bu qardaşlığımız və türk dünyası bərabər qurulur”.

Seçilən
49
teleqraf.com

1Mənbələr