Bakı. Trend:
AFFA-nın Azərbaycan milli komandasına cəlb etmək istədiyi Moskva"Dinamo"sunun yarımmüdafiəçisi Ülvi Babayev Rusiyanın gənclərdənibarət yığmasına çağırılıb.
Trend xəbərverir ki, istedadlı futbolçu 38 oyunçudan ibarət geniş heyətdə yeralıb.
Rusiya yığması noyabrın 12-də, 15-də və 18-də müvafiq olaraqİran, Qırğızıstan və Bəhreynin U-23 komandaları iləqarşılaşacaq.
Əslən azərbaycanlı olan 21 yaşlı vinger "Dinamo"nunyetirməsidir. O, daha əvvəl Rusiyanın U-15 və U-16 millilərindəümumilikdə 9 oyun keçirib.