FIFA Türkiyənin "Antalyaspor" klubuna transfer qadağası qoyub.
Offsideplus.az “HaberGo”ya istinadən xəbər verir ki, buna səbəb klubun sabiq futbolçusu Samuel Etoonun menecerinə ödəməli olduğu vəsaiti hesaba köçürməməsidir. Superliqa təmsilçisi qarşıdakı üç transfer dönəmində heyətinə yeni oyunçu cəlb bilməyəcək.
Qeyd edək ki, "Antalyaspor" hazırda turnir cədvəlində 10 xalla 14-cü pillədə qərarlaşıb.