ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az Telegram-kanalların məlumatına və yaydığı video-görüntülərə istinadən xəbər verir ki, Stavropol diyarının Budyonnovsk şəhərində “Lukoyl” qrupuna daxil olan “Stavrolen” neft-kimya zavodunda yanğın baş verib. Ulyanovsk vilayətinin Novospasskoye şəhərindəki “NS-Oil” və Yoşkar-Olanın şimalındakı Mariyski neft emalı zavodları da zərər çəkib. Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix və Stavropol diyarının qubernatoru Vladimir Vladimirov hücumları təsdiqləyərək, tələfatın və ya əhəmiyyətli dağıntıların olmadığını bildiriblər. Mari-El respublikasının rəsmiləri vəziyyətlə bağlı hələlik şərh verməyib. - “Stavrolen” zavodundakı yanğın Budyonnovskın müxtəlif yerlərindən görünürdü, Mari-Eldə çəkilmiş kadrlarda isə sənaye zonasının üzərində parıltı görünür”, - telegram-kanallar qeyd edir. Rusiyanın Müdafiə nazirliyi, öz növbəsində, gecə ərzində 100-ə yaxın PUA-nın, o cümlədən Moskvaya doğru uçan bir neçəsinin “tutulduğunu” açıqlayıb. Qeyd edək ki, “Stavrolen” zavodu Şimali Qafqaz Federal Dairəsində polietilen və polipropilen istehsal edən ən böyük müəssisələrdən biridir. “NS-Oil” neft emalı zavodu ildə təxminən 30 min ton neft, Mari-El müəssisəsi isə benzin və mazut daxil olmaqla hər il 1,6 milyon tona qədər yanacaq emal edir.
pic.twitter.com/xhS4z1Raxz
— Ahmadov (@BigAhmadov) October 29, 2025
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.