AZ

Zaqatalada 41 yaşlı kişini döyərək öldürən şəxslərdən biri SAXLANILDI

Xəbər verdiyimiz kimi ötən həftə Zaqatalada 41 yaşlı İsgəndər Musayev naməlum şəxslər tərəfindən ölümcül vəziyyətdə döyülüb.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən İsgəndər Musayev bir həftə sonra dünyasını dəyişib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Zaqatala rayon sakini İsgəndər Musayevi döyərək onun ölümünə səbəb olan şəxslərdən biri, 36 yaşlı Rasim Abbasov saxlanılıb.

Digər şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bizim.Media

Seçilən
27
bizim.media

1Mənbələr