AZ

Elçin Ağamalının şirkətinin vergi borcu yarandı

Ana Vətən Partiyasının (AVP) sədri seçildiyini bildirən Elçin Ağamalıya məxsus “Altus” MMC-nin vergi borcu yaranıb.

 

Pravda.az-ın xəbərinə görə, MMC-nin dövlətə 3 923 AZN borcu var.

 

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 112, mənzil 10-dur.

 

Qeyd: E.Ağamalı AVP-nin sədrliyindən istefa verdiyini bildirən Fəzail Ağamalının oğludur. Hazırda partiyada sədrlik postu uğrundan mübarizə davam edir.

 

Cabir

Tarix: 29 Oktyabr 2025, 11:11   
Seçilən
20
4
pravda.az

5Mənbələr