BAKI, 29 oktyabr. TELEQRAF
"Konstitusiya xalqa məxsus iradənin ifadəsidir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında Serbiya Milli Assambleyanın sədr müavini CovanCanciç deyib.
O qeyd edib ki, konstitusiya xalqa məxsus iradənin ifadəsidir: “Bu heç də ixtiyarı şəkildə qəbul edilən bir sənəd deyil. Yəni, o yarandığı cəmiyyətin xüsussiyyətlərindən qaynaqlanır. Konstitusiya xarici orqanizm kimi qəbul edilsə idi o uzun müddətli ola bilməzdi. Bunun bariz nümunəsi İngiltərədə mövcdudur. Eyni zamanda biz ABŞ konstitusiyanı ən qədim konstitusiya kimi dəyərləndirə bilərik. Amma biz deyə bilmərik ki, İngiltərənin konstitusiyası yoxdur. Bu mövcuddur, amma onun forması və məcmunu tamam fərqlidir”.
 
                        