AZ

Pakistan: Sülh danışıqları uğursuzluqla bitdi

BAKI, 29 oktyabr. TELEQRAF

Pakistan və Əfqanıstan arasında aparılan sülh danışıqları uğursuzluqla yekunlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar məlumat verib.

Nazir bildirib ki, Kabil dialoq prosesinin başlandığı əsas müddəadan yayınmağa davam edir.

“Əfqanıstan Talibanı məsuliyyəti öz üzərinə götürmək əvəzinə, günahı başqalarının üstünə atır, yayınma və aldatmağa davam edir. Nəticədə, dialoq heç bir praktiki həll yolu tapa bilmədi”, - Tarar vurğulayıb.

“Reuters” agentliyi bundan əvvəl yazmışdı ki, iki ölkə oktyabrın 19-da Dohada atəşkəs barədə razılığa gəlib. Amma Türkiyə və Qətərin vasitəçiliyi ilə İstanbulda keçirilən danışıqların ikinci raundunda ortaq məxrəcə gələ bilməyiblər və hər iki tərəf uğursuzluğa görə bir-birini günahlandırıb.

Seçilən
17
teleqraf.com

1Mənbələr