Bakı. Trend:
Ötən illər ərzində Azərbaycan rəqəmsal transformasiya vəelektron idarəetmə sahəsində də müəyyən nailiyyətlər əldə edib.
Trend xəbərverir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviriRəşad Bayramov Beynəlxalq Telekommunikasiya İttifaqının ÜmumdünyaTelekommunikasiya İnkişafı Konfransı (WTDC-25) üzrə keçirilən medianümayəndələri üçün informasiya sessiyasında deyib.
Onun sözlərinə görə, startap ekosisteminin böyüməsi,texnoparkların fəaliyyətində gözəçarpan fərqlər, rəqəmsal hökumətəkeçid, infrastrukturun gücləndirilməsi, dövlət xidmətlərininrəqəmsallşadırlması olan irəliləyişlər Azərbaycanın müvafiqreytinqlərdə irəliləməsinə səbəb olub:
"Məsələn, Azərbaycan ilk dəfə olaraq BMT-nin Elektron Hökumətinİnkişafı indeksində yüksək nəticələrə nail olub. Ölkənin onlayndövlət xidmətləri və Telekommunikasiya infrastrukturugöstəricilərində isə 21% artım müşahidə olunub. Bundan əlavə,Azərbaycanın Elektron İştirakçılıq İndeksində yeri 10 pillə irəligedərək il ərzində 28% irəliləyiş əldə edib".
"Azərbaycan üçün bu gün qeyri-neft sektorunun inkişafı stratejiəhəmiyyət kəsb edir. Bu sektorun inkişafında İKT-nin rolugünü-gündən artır. 2025-ci ilin yanvar-sentyabr aylarındaAzərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 2024-cüilin müvafiq dövrünə nisbətən 6,9% artaraq 2,7 milyard manat təşkiledib", - deyə nazir müşaviri əlavə edib.